ƏMLAK

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək – AÇIQLAMA
26 OKTYABR
307

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək – AÇIQLAMA

2016-10-26 09:39:00

Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən ikinci binanın bu ilin sonunda təhvil verilməsi planlaşdırılır. 
Fins.az-ın verdiyi məlumaya görə, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı bildirib ki, jurnalistlər üçün ümumilikdə iki bina tikilib.
“Birinci binada 156 jurnalistə mənzil verilib, digər binanın tikintisi davam edir. Yeni binada digərindən daha çox mənzil olacaq. Təxminən 256 jurnalist yeni tikilən binada mənzillə təmin olunacaq. Tikinti işləri ilə birbaşa Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) məşğuldur. 

Məndə olan məlumata görə, hələlik tikinti işləri yekunlaşmayıb. Tikinti işləri yekunlaşandan sonra müəyyən prinsiplər işlənib hazırlanacaq ki, kimlər həmin mənzillərlə təmin oluna bilər. 
Həmin qaydalara əsasən, redaksiyalarda iclaslar keçiriləcək, redaksiyalar özlərinin namizədlərini verəcəklər.  Keçən dəfə jurnalistlərə mənzillər hansı qaydada verildisə, bu dəfə də eyni qaydada veriləcək. Binanın nə vaxt təhvil verilməsi ilə bağlı dəqiq heç nə deyə bilmərəm. Təxmini deyə bilərəm ki, tikilən bina ilin axırına təhvil verilməlidir”.
Xatırladaq ki, 156 mənzildən ibarət 1-ci bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib.
Mənbə: Modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275