ƏMLAK

Çobanzadədə obyekt 2,6 milyon manata satılır – ÖZƏLLƏŞDİRMƏ
25 OKTYABR
438

Çobanzadədə obyekt 2,6 milyon manata satılır – ÖZƏLLƏŞDİRMƏ

2016-10-25 10:05:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın  15-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 11 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kafelər, dükan, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar var. 

Hərraca çıxarılan obyektlərdən biri dəBakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllə, 2K ünvanındakı təsərrüfat hesablı təmir-tikinti sahəsidir. Obyektin ətrafındakı torpaq sahəsi ilə birgə ilkin satış qiyməti 2 milyon 658 min 500 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Təmir-tikinti sahəsinin  ümumi torpaq sahəsi 7 869.1 kv.metr və hamısı özəlləşdiriləcək. 1 mərtəbəli ayrı tikilinin faydalı sahəsi isə 958.1 kv.metrdir.

İndi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan obyektin   1 nəfər işçisi var. Təmir-tikinti sahəsinin  9 652 manat debitor, 34 745 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275