ƏMLAK

Özəlləşdiriləcək obyeklərin – TAM SİYAHISI
24 OKTYABR
206

Özəlləşdiriləcək obyeklərin – TAM SİYAHISI

2016-10-24 14:53:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 22-də növbəti hərrac keçirəcək. Fins.az-ın məlumatına görə, həmin gün ümumilikdə 78 dövlət əmlakı satışa çıxarılacaq.

Həmin əmlaklardan 36-ı kiçik dövlət müəssisə və obyektidir. Bu dəfə də bir sıra kiçik dövlət müəssisələri torpaq sahəsi ilə birgə hərraca çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Hərrac elanında isə həm torpaq sahəsinin, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin hərrac qiyməti 430,2 min, 308 min, 356 min, 350 min, 290 min olan xidmət, ictimai iaşə və nəqliyyat müəssisələri var. Hərraca çıxarılan kiçik dövlət əmlakları arasında Bakının Binə qəsəbəsində yerləşən «Lalə» şadlıq evi də yer alıb.

Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 20 kiçik dövlət müəssisəsi Bakının Sabunçu, Xətai, Qaradağ, Xəzər, Pirallahı rayonu, Gəncə və Sumqayıt şəhəri, habelə, Oğuz və Xızı rayonlarında yerləşir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: 1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN). 2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş. 3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə: Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Abşeron rayonu üzrə: ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 315 əlaqə telefonu: 349-21-83

Sumqayıt şəhəri üzrə: ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Xızı şəhəri üzrə: ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti, 15 əlaqə telefonu: (kod 02331) 5-01-48

Gəncə şəhəri üzrə: ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Cəlilabad şəhəri üzrə: ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 151 əlaqə telefonu: (kod 02524) 5-50-03

Oğuz şəhəri üzrə: ünvan: Oğuz şəhəri, Heydər Əliyev küçəsi, 64 əlaqə telefonu: (kod 2421) 5-26-44

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

Həmin gün satışa çıxarılan kiçik müəssisə və obyektlərin tam siyahısı ilə burdan tanış ola bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272