ƏMLAK

Özəlləşdirmədə mühüm yenilik – OBYEKTLƏR TORPAQLA SATILIR
24 OKTYABR
550

Özəlləşdirmədə mühüm yenilik – OBYEKTLƏR TORPAQLA SATILIR

2016-10-24 11:15:00

Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində çox mühüm dəyişiklik baş verib. Fins.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) özəlləşdirməyə çıxardığı əmlakların bir hissəsini yerləşdiyi torpaq sahələri ilə birlikdə satmağa başlayıb. 

Bu yenilik komitənin noyabr ayında elan etdiyi özəlləşdirmə hərracları üzrə elanlarında əksini tapıb. Belə ki, noyabrın 15-də keçiriləcək hərracda 6 kiçik müəssisənin, noyabrın 22-də keçiriləcək hərracda isə 20 kiçik müəssisənin torpaq sahəsi ilə birlikdə özəlləşdirilməsi nəzərdə tutulur.

Obyektlərlə birlikdə hərraca çıxarılan torpaq sahələrinin ölçüləri 14 kvadratmetrdən başlayaraq 1 hektar və daha artıq ölçülərdə dəyişir. Obyektlərin torpaqla birlikdə satışa çıxarılması özünü onların qiymətlərində də göstərib. Belə ki, həmin obyektlərin hərrac qiymətləri 3000 manatdan başlayaraq 2,7 milyon manatadək dəyişir.

Qeyd edək ki, indiyədək mövcud olan təcrübəyə əsasən, obyektlər yerləşdikləri torpaq sahəsi ilə birlikdə yox, ayrılıqda özəlləşdirilirdi. Obyektin sahibi, gələcəkdə torpağı ayrıca özəlləşdirməli idi. 

ƏMDK-dən bu yeniliyi təsdiqləyiblər. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov fins.az-a bildirib ki, obyektlərin torpaqla birlikdə özəlləşdirilməsində məqsəd, dövlət əmlakının invevtorlar üçün daha da cəlbedici olmasıdır: «Əsas məqsəd, təbii ki, özəlləşdirilməyə çıxarılan dövlət əmlakının investorlar və iş adamları üçün cəlbediciliyini artırmaqdır. Belə ki, indiyədək investorlar obyektin özəlləşdirilməsindən sonra onun yerləşdiyi torpaq sahəsinin ayrıca özəlləşdirməli idilər. Bu isə sənədləşdirmə prosesini uzadırdı. Bu yeniliyin tətbiqi nəticəsində isə investorların gələcəkdə növbəti dəfə özəlləşdirmə prosesinə qoşulmasına lüzum qalmayacaq. Bu üsul həm də özəlləşdirilən əmlakla bağlı vəziyətin daha sabit olmasına və iş adamlarının bu əmlakla bağlı planlarını qurmağa imkan verəcək».  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275