ƏMLAK

Məşhur kafe 332 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ
24 OKTYABR
4856

Məşhur kafe 332 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ

2016-10-24 09:57:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın  15-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 11 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında kafelər, dükan, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar var. 

Hərraca çıxarılan obyektlərdən biri də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 249 ünvanındakı 4 saylı “Gilavar” kafesidir.  Obyektin ilkin satış qiyməti 156 min manat müəyyən edilib. Onun 15%-i güzəştli qiymətlər (23400 manat) obyektin əmək kollektivinə təklif ediləcək. Qalan 85 faizin ilkin satış qiyməti isə 132 600 manatdan başlayır. Hərracda iştirak etmək istəyən şəxslər onun  dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Kafenin və onun yerləşdiyi torpaq sahəsinin  hərraca çıxarılan ilkin satış qiyməti 332 600 manatdır.

“Gilavar”ın ümumi torpaq sahəsi 882 kv.metr, faydalı sahəsi isə 324.8 kv.metrdir. Kafe 1 mərtəbəli ayrıca tikilidə yerləşir. İndiyədək cəmi 1 nəfər işçisi   var. Obyektin debitor borcu yoxdur, 2 896 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır.

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:

Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə  Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A

Sumqayıt şəhəri üzrə:

ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272