ƏMLAK

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin məsləhətçisi məlum oldu – AÇIQLAMA
21 OKTYABR
411

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin məsləhətçisi məlum oldu – AÇIQLAMA

2016-10-21 10:04:00

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsində məsləhət xidmətləri göstərəcək şirkət müəyyən edilib. Əmlak Məsələləri Dövlət Komitəsindən fins.az-a verilən xəbərə görə, bununla bağlı elan edilən tenderdə 8 nüfuzlu məsləhətçi şirkət iddiaçı qismində iştirak edib. Onlardan 4-ü konsorsium şəklində təklif təqdim edib.

Tender Komissiyasının qərarına əsasən, daha səmərəli fəaliyyət planı və ən aşağı qiymət təklif edən “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi açıq tenderin qalibi olub. .

Şirkət Komitəyə göstəriləcək məsləhət xidmətləri çərçivəsində “Daşkəsən Filizsaflaşdırma” ASC-nin beynəlxalq norma və standartlar əsasında qiymətləndirilməsini, müəssisənin maliyyə-iqtisadi təhlillərinin aparılmasını, eləcə də özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi üçün məlumat memorandumunun tərtib olunmasını həyata keçirəcək.

ƏMDK-dan bildiriblər ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin investisiya müsabiqəsi üsulu ilə özəlləşdirilməsi zamanı dövlət büdcəsinə ödənişlə yanaşı, ən çox investisiya qoyan və onun daha səmərəli istifadəsi təklif edən investorlara üstünlük veriləcək. Özəlləşmə nəticəsində yerli xammala əsaslanan, idxalı əvəz edən və ixrac potensiyallı polad məhsulların ölkə daxilində istehsalını təmin edəcək qeyri-neft sektorunda ən böyük klasterin yaradılması nəzərdə tutulur. İnteqrasiya olunmuş polad zavodlarının tikintisi və sonrakı dövrlərdə, əsasən bölgələrdə olmaqla minlərlə yeni iş yerinin açılmasına şərait yaranacaq. Milli iqtisadiyyatın səmərəliliyinin artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından müəssisənin uğurla özəlləşdirilməsi böyük əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274