ƏMLAK

Evlər üç gün endirimlə satılacaq - YENİLİK
20 OKTYABR
2400

Evlər üç gün endirimlə satılacaq - YENİLİK

2016-10-20 13:20:00

NoyabrdaBakıda beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək. Fins. az xəbər verir ki, bununla bağlı  təşkilatçılar bu günki mətbuat konfran sında məlumat veriblər. 

Bildiriblər ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutacaq "RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi"ndə 10 ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, sərgi noyabrın 22-24-də Bakı Ekspo Mərkəzində baş tutacaq. Sərgi çərçivəsində noyabrın 23-də “Daşınmaz əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi planlaşdırılıb.

ƏMDK-nın mətbuat katibi Qulu Xəlilov bildirib ki, "RecExpo” sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və bu sahədə invesitisiya şirkətlərinin layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır:

"Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. , Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir:”

Sərgidə Azərbaycan, Türkiyə, BƏƏ, Rusiya, İspaniya, Portuqaliya, Xorvatia, Macarıstan, Gürcüstan və Şimali Kipr Türk Respublikası kimi ölkələrdən tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir. Komitə tərəfindən sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılan sistemlər, elektron xidmətlər, proqram təminatları və digər yeniliklər nümayiş olunacaq. 

“ElanExpo” şirkətinin Azərbayc an üzrə nümayəndəsi İlkin Abdıyev fins.az-a açıqlamasında sərginin daha bu il daha uğurlu və düzənli olacağını bildirib:

“Hədəfimiz daha böyük şirkətləri və layihələrin Azərbaycana gətirilməsi və xarici investisiyaların yerli əmlak bazarına daxil olmasıdır.  Xarici investorlar üçün Azərbaycan bazarı böyük maraq  kəsb edir. Ona görə də bu dəfə sərgidə 100-ə yaxın layihə iştirak edəcək”.

İ.Abdıyevin sözlərinə görə, xarici investorlar Azərbaycanın əmlak bazarına  böyük maraq göstərirlər. Ona görə də onlara bu haqda ətraflı məlumat veriləcək.

"Sərginin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Təşkilatçılar tərəfindən sərgidə beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır. Belə layihələrin eyni zamanda və bir platformada prezentasiyası əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır" 

Şirkət təmsilçisi sərgidə yerli şirkətlərin iştirakına da toxunub.: “Sərgidə ”Bakı Ağ Şəhər” “AAAF Park”, “Yeni Həyat”, “Xəyal Adası”,  “Kristal Aberon”, “AFF holding”, “Azinko” nun böyük layhələri sərgiləcək. Eləcə də banklar, mənzil satışını həyata keçirən firmalar qatılacaq. Tədbir çərçivəsində mənzillərin satışı mümkün olacaq. Sərgidə şirkətlər endirim kampaniyaları da keçirəcəklər. Ümid edirik ki, bu endirimlər sərgidən sonra da davam edəcək”.

Sərgi iştirakçılarına təşkilatçıların hədiyyəsi də olacaq. Onlar arasında lotereya oyunu keçiriləcək və qalib olan 2 nəfərə Türkiyədə 1 həftəlik istirahət hədiyyə ediləcək.   

Sərgiyə giriş pulsuz olacaq. Eyni zamanda Nərimanov metrostansiyanın yaxınlığından  Bakı Ekspo Mərkəzinə pulsuz nəqliyyat xidməti təşkil ediləcək.

Sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılan investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat alacaqlar.

İ.Abdlyev  vurğulayıb ki,  sərgi görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə əlverişli imkanlar yaradacaq:

“Azərbaycan, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı "RecExpo II" sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsini təmin edəcək". 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271