ƏMLAK

Yanacaqdoldurma məntəqəsi – HƏRRACA ÇIXARILDI
20 OKTYABR
236

Yanacaqdoldurma məntəqəsi – HƏRRACA ÇIXARILDI

2016-10-20 10:14:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın  8-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 26 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında şadlıq evləri, dükan, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar var.

Onlardan biri  Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, 6B ünvanındakı (20-ci sahə) 11 saylı yanacaqdoldurma məntəqəsidir. Obyekt onun yerləşdiyi torpaq sahəsi ilə birgə satılır. Onun ilkin satış qiyməti  665 min manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Qeyd edək ki, obyektin ümumi torpaq sahəsi  2500 kv.metrdir. Tikilinin faydalı sahəsi isə 82.2 kv.metrdir. Yanacaqdoldurma məntəqəsinin heç bir debitor borcu yoxdur, cəmi 630 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Bakı şəhəri üzrə:
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində
ünvan:( AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A)

Abşeron rayonu üzrə:
ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 315 əlaqə telefonu: 349-21-83

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Neftçala şəhəri üzrə:
ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti 33, əlaqə telefonu: (kod 02126) 3-39-21, 050-335-80-13

Sabirabad şəhəri üzrə: 
ünvan: Sabirabad şəhəri, İlham İsgəndərov küçəsi 9, əlaqə telefonu: (kod 02123) 5-63-52

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275