ƏMLAK

Bakıda inşaat sərgisi işə başladı
19 OKTYABR
254

Bakıda inşaat sərgisi işə başladı

2016-10-19 17:17:00

Bu gün Bakı Ekspo Mərkəzində 22-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi işə başlayıb. Fins.az xəbər verir ki, sərgidə əsasən tikinti şirkətləri, onların tərəfdaşı olan şirkətlər, memarlıq, layihələndirmə və təmir sektorunda çalışan firmalar iştirak edib.

Açılış mərasimində təşkilatçılarla yanaşı iq tisadiyyat nazirinin müa vini Niyazi Səfərov, Tikinki və Şəhərsalma Komitsinin sədr müavini Dövlətxan Dövlətxanov iştirak ediblər.

"BakuBuild" sərgisində dünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edir və üç ölkə - İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunur.

Sərgi çərçivəsində 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi start götürüb. Burada təhlükəsizlik xidmətləri göstərən şirkətlər iştirak edir. "BakuBuild 2016" sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272