ƏMLAK

85 min manata kafe satışa çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
19 OKTYABR
613

85 min manata kafe satışa çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-10-19 09:48:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 25-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 28 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında şadlıq evləri, dükan, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar var.

Onlardan biri  Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 3C ünvanındakı “Sünbül” kafesidir. Sahəsi 413.4 kv.metr olan kafenin  85%-lik hissəsi hərraca çıxarılacaq. Həmin hissənin ilkin satış qiyməti 85 min manat müəyyən edilib. 1 mərtəbəli ayrı tikilinin 1 nəfər işçisi var.

Kafenin heç bir debitor borcu yoxdur, cəmi 630 manat kreditor borcu qalıb. 

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Gədəbəy şəhəri üzrə:
ünvan: Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 12 əlaqə telefonu: (kod 02232) 6-45-05

Xaçmaz şəhəri üzrə:
ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272