ƏMLAK

İsmayıllıda torpaq sürüşməsi oldu – FOTOLAR
18 OKTYABR
207

İsmayıllıda torpaq sürüşməsi oldu – FOTOLAR

2016-10-18 09:19:00

İntensiv yağışlar nəticəsində İsmayıllı rayonunun İstisu kəndində torpaq sürüşməsi baş verib.

Fins.az-ın ARB TV-yə istinadən məlumatına görə, sürüşmə kənddən 150 metr aralıda olub. Belə ki, dağın yamacında 5 hektar ərazidə torpaq kütləsi fərdi yaşayış evlərinə doğru hərəkət edib.

Əraziyə İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası tərəfindən baxış keçirilib və aidiyyatı orqanlar sürüşmə barədə məlumatlandırılıb. Hazırda yaşayış evləri üçün təhlükə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274