ƏMLAK

Kürdəmirdəki çörək sexi satışa çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
17 OKTYABR
238

Kürdəmirdəki çörək sexi satışa çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-10-17 10:40:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 1-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 34 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında şadlıq evləri, dükan, qeyri-yaşayış sahələri, kiçik sexlər, mağazalar var.

Kürdəmir şəhəri, Bakı prospekti, 6A ünvanındakı 1 saylı çörəkbişirmə sexi də hərraca çıxarılıb. Sexin ilkin satış qiyməti 20 min manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər onun dəyərinin 10 %-i həcmində beh ödəməlidirlər.

Sexin ümumi  torpaq sahəsi 380, 6 kv.metr,  faydalı hissəsi isə 337 kv.metrdir. Obyektin heç bir debitor borc u yoxdur, cəmi 606 manat kreditor borcu qalıb.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Daşkəsən şəhəri üzrə: 
ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 4, əlaqə telefonu: (kod 02221) 5-56-51

Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98

Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58

Neftçala şəhəri üzrə:
ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti 33, əlaqə telefonu: (kod 02126) 3-39-21, 050-335-80-13

Yevlax şəhəri üzrə:
ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A, əlaqə telefonu: (kod 022336) 6-45-62

Kürdəmir şəhəri üzrə:
ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 41, əlaqə telefonu: (kod 2025) 5-55-39

İsmayıllı şəhəri üzrə:
ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 02028) 5-64-64

Qobustan şəhəri üzrə:
ünvan: Qobustan şəhəri, Yeni Massiv ərazisi, (DƏDRİX-in 14 saylı ərazi idarəsi), əlaqə telefonu: (kod 02024) 5-29-93

Cəlilabad şəhəri üzrə:
ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 151, əlaqə telefonu: (kod 02524) 5-50-30

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

Həmin gün satışa çıxarılan kiçik müəssisə və obyektlərin tam siyahısı ilə buradan tanış ola bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271