ƏMLAK

Tikintiyə başlamaq – ASANLAŞDI
14 OKTYABR
799

Tikintiyə başlamaq – ASANLAŞDI

2016-10-14 14:36:00

Tikintiyə icazə ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək. 
Yaşayış evi tikmək üçün İcra hakimiyyətinə göndərilən sənədlərə artıq 1 ay ərzində deyil, 10 gün ərzində yazılı irad gəlmədikdə, tikinti işlərinə başlamaq olacaq.

Yeni dəyişikliyə əsasən, tikinti işlərinə başlamaq istəyən şəxslər İcra hakimiyyətinə tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim etməlidirlər.

İcra hakimiyyəti layihəyə irad bildirdikdə, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

10 gün bitdikdən sonra, İcra hakimiyyəti 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edtməlidir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdiriləcək.

Qeyd edim ki, bu dəyişikliklər mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə şamil edilir.

Hazırda qüvvədə olan qaydaya əsasən, İcra hakimiyyəti 1 ay ərzində irad bildirmədikdə, tikinti işlərinə başlamaq olur. Ediləcək dəyişikliyə əsasən isə, bu müddət 10 günə qədər azaldılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272