ƏMLAK

Astara sakinlərinə çıxarışlar verildi – KOMİTƏDƏN AÇIQLAMA
14 OKTYABR
262

Astara sakinlərinə çıxarışlar verildi – KOMİTƏDƏN AÇIQLAMA

2016-10-14 14:31:00

Bu gün oktyabrın 14-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Astarada “Kütləvi çıxarış” kampaniyası keçirib. Komitədən fins.az-a verilən xəbərə görə, rayonun bir neçə kəndini əhatə edən bu dəfəki kampaniyada 90-a yaxın sakin öz əmlakına dair çıxarışı elə öz ünvanlarında əldə edib. 

50-yə yaxın vətəndaşdan isə ilkin mülkiyyət sənədləri yeni çıxarışlarla əvəz olunması məqsədilə qəbul olunub. Təqdim edilən çıxarışlar sakinlərə məxsus pay torpağı, fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və digər daşınmaz əmlakları əhatə edib. Həmçinin vətəndaşlardan qəbul edilmiş ilkin mülkiyyət sənədlərinə isə torpaq sahələri və evlər barədə verilmiş aktlar, şəhadətnamələr, orderlər, qeydiyyat vəsiqələri, əmrlər və digər sənədlər aid olub. Belə sənədlər qəbul edildikdən sonra vətəndaşlara yeni çıxarışlar hazır olacağı müddət barədə bildiriş verilib. 

Komitənin mobil ofisləri bir sıra ahıl və fiziki məhdudiyyətli vətəndaşların evinə gedib və qeydiyyat xidmətləri birbaşa onların evlərindəcə göstərilib.

Xatırladaq ki, “Kütləvi çıxarış” kampaniyasının paytaxt və regionlarda, hətta ucqar ərazilərdə təşkilində başlıca məqsəd xidməti vətəndaşa maksimum əlçatan etmək, vaxta qənaət və rahatlığı təmin etməkdir.  2016-cı ildə kampaniya paytaxtın 7 rayonunda, respublikanın isə 15 şəhər və rayonunda keçirilib. Bu günədək ümumilikdə 9 minə yaxın vətəndaş kampaniyadan faydalana bilib.

ƏMDK- nın bu ilin əvvəlindən start verdiyi təmənnasız hüquqi məsləhət xidməti kampaniya çərçivəsində Astara sakinlərinə də göstərilib. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesində sənədləşdirmə ardıcıllığını bilməyən, hansı qurumlardan hansı sənədlərin alınması barədə məlumatsız olan vətəndaşların suallarını komitənin hüquqşünasları cavablandırıb.

Qeyd edək ki, hüquqi məsləhət xidmətləri gündəlik olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində də göstərilir. Xidmətdən faydalanmaq istəyən vətəndaşlar ərazi idarələrinə müraciət edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272