ƏMLAK

Sosial evləri tikəcək şirkətin rəhbərliyi – TOPLANDI
13 OKTYABR
1243

Sosial evləri tikəcək şirkətin rəhbərliyi – TOPLANDI

2016-10-13 15:34:00

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən «MİDA» MMC-nin oktyabrın 13-də Müşahidə Şurasının ilk iclası keçirilib. Agentliyin direktorunun qərarı ilə yaradılmış və 5 nəfərdən ibarət olan Müşahidə Şurasının tərkibinə Agentliyin vəzifəli şəxsləri, eləcə də, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud daxildir. MMC-nin Müşahidə Şurasının sədri isə Mənzil İnşaatı Dövlət Agentliyinin direktorunun müavini Sadiq Sadiqovdur.

İclasda Şuranın fəaliyyətinin təşkili ilə bağlı müvafiq məsələlərə dair qərarlar qəbul edilib, «MİDA» MMC-nin ötən müddət ərzində fəaliyyəti barədə hesabat dinlənilib və MMC-nin 2017-ci ildə perspektiv inkişafı planının hazırlanması ilə bağlı tapşırıq verilib. Bununla yanaşı, Müşahidə Şurasının qərarı ilə «MİDA» MMC-nin Daxili Audit şöbəsinin rəhbəri təyin edilib, şöbənin işinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272