ƏMLAK

Mingəçevirdəki şirkət satışa çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
13 OKTYABR
200

Mingəçevirdəki şirkət satışa çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-10-13 09:58:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 1-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, həmin gün 23 səhmdar cəmiyyətin səhmlərinin bir hissəsi satışa çıxarılacaq.

Onlardan biri Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 1 wnvan;nda yerləşən “Mingəçevir Qum Çınqıl” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1949-1990-cı illərdə istifadəyə verilib.  1998 -ci ildə «Tikinti Materialları İstehsalı və Satışı» Dövlət Konsernin Mingəçevir Tikinti Materialları Kombinatının bazasında “Mingəçevir Qum Çınqıl” ASC yaradılıb.

Müəssisəəsasən qum, çınqıl, qırma daş, kərpic, üzlük materiallar və digər tikinti materialları istehsalı ilə məşğuldur. ASC-nin nizamnamə kapitalı1033746,20 manat, buraxılan səhmlərin sayı 516873 ədəddir. Adi, sənədsiz adlısəhm zərfinin 361756 ədədi (69.99%) satılıb. 30.01%-lik hissəsi isə hərraca çıxarılacaq.

Satılacaq  səhm zərfinin nominal dəyəri  (50% güzəştlə) 155 117 manatdır. Dövlət şirkətin səhmlərinə heç bir məhdudiyyət qoyulmayıb.

Şirkətin ümumi torpaq sahəsi: 35 656,2 kv.metr, tikilialtı sahəsi isə 2 469,4 kv.metrdir. Ərazidə 2 ədəd bir mərtəbəli idarə binası, 2 ədəd anbar binası, yeməkxana binası, mexaniki sex binası və sair köməkçi binalar var. ASC-nin  istehsal sahəsi şəhərdən 15 km aralı məsafədə Kür çayının sağ sahilində yerləşir, Mingəçevir stansiyasına 30 km-lik məsafədə yerləşir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin noyabr ayının 1-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272