ƏMLAK

Fındıq zavodu da satılacaq – ÖZƏLLƏŞDİRMƏ
12 OKTYABR
426

Fındıq zavodu da satılacaq – ÖZƏLLƏŞDİRMƏ

2016-10-12 14:44:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 1-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, həmin gün 23 səhmdar cəmiyyətin səhmlərinin bir hissəsi satışa çıxarılacaq.

Onlardan biri Zaqatala şəhəri, Azərbaycan prospekti, 37 ünvanında yerləşən “Zaqatala Fındıq” Açıq Səhmdar Cəmiyyətidir.  Hərracda şirkətin səhmlərinin 30.04%-i satılacaq. Səhm paketinin ilkin satış qiyməti 125 992 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər həmin məbləğin 10 faizi həcmində beh ödəməlidirlər.

Qeyd edək ki, şirkət  1978-cı ildə istifadəyə verilib. 1998-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Zaqatala Fındıq zavodunun bazasında “Zaqatala Fındıq” ASC  yaradılıb. Şirkət əsasən fındığın tədarükü və emalı ilə məşğuldur.

ASC-nin nizamnamə kapitalı 838 868,80 manat, buraxılan səhmlərin ümumi sayı  419 434 ədəddir. Dövlət həmin səhmlərə heç bir  məhdudiyyətlər qoymayıb .

Şirkətin  ümumi torpaq sahəsi 30 875 kv.metr,  tikilialtı sahəsi isə  8 789.1 kv.metrdir. Ərazidə fındıq emalı sexi, soyuducu binası, gözətçi binası, transformator binası, nəzarətçi binası və s. yerləşir. “Zaqatala Fındıq” ASC   Zaqatala hava limanına 10 km, Zaqatala dəmir yolu stansiyasına  4 km-lik məsafədə yerləşir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin oktyabr ayının 25-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272