ƏMLAK

Bir evi iki nəfərə satan tikinti şirkəti – BARƏDƏ QƏRAR
12 OKTYABR
1064

Bir evi iki nəfərə satan tikinti şirkəti – BARƏDƏ QƏRAR

2016-10-12 14:30:00

Bakıda tikinti şirkəti müştərisini aldadıb. Söhbət bir evi  iki vətəndaşa satan “Meqa Siti Holding”lə onun müştərisi arasında yaranan mübahisədən gedir. Bu barədə fins.az-a "Azad İstehlakçılar" İctimayı Birliyi” nin sədri Eyyub Hüseynov bildirib.Onun sözlərinə görə, Bakı şəhər sakini A.Quliyeva müraciət edərək  tikinti şirkətindən şikayətçi olduğunu bildirib. Belə ki, şikayətçi  2013-cü ildə Yamasal rayonu Talıblı küçəsi 1 ünvanında tikintisinə başlanılan “Meqa Siti Holding”dən ev almaq istəyib.2013-cü ilin dekabr ayının 3-də tikintisi planlaşdırılan hündürmərtəbəli binanın 6-cı mərtəbəsində 3 otaqlı 102 kvadratmetrlik evə sahib olmaq üçün şirkətlə müqavilə bağlayıb və 50 min manat ödəyib. Şirkətin rəhbəri Elnur Məmmədovun adından ona 199 saylı maliyyə arayışı verilib.

50 min manatını alıb evi başqasına satıblar

Problem isə binanın tikintisi başa çatan zaman üzə çıxıb. 2016-cı ilin əvvəlində  tikinti şirkəti müştərisindən əlavə  qanunsuz olaraq 3 min manat ödəniş tələb edib.A.Quliyeva isə müqavilədə nəzərdə tutulmadığı üçün  bu məbləği ödəməkdən imtina edib.Belə olan halda,“Meqa Siti Holding”vətəndaşı əlində olan arayışın saxta olduğunu iddia edərək evi başqa bir vətəndaşa satıb.Yaranan mübahisə ilə bağlı şikayətçi A.Quliyeva  hüquq-mühafizə və prokurorluq orqanlarına şikayət edib. Daha sonra  aprel ayının 12-də “Azad İstehlakçılar Birliyi”nə müraciət edib. AİB iyulun 21-də A.Quliyevaya satılmış mənzilin sonradan başqa şəxsə satılması faktı üzrə 1 saylı İnzibati-İqtisadi məhkəməsində iddia qaldırıb.

Məhkəmə evin sahibinə qaytarılması ilə bağlı qərar verib

A.Quliyevanın  vəkili qismində çıxış edən AİB-in könüllüsü, hüquqşünas Qaçay Şahbazov  fins.az-a bildirib ki,  9 prosesdən sonra məhkəmə  ədalətli qərar qəbul edərək şikayətçinin leyhinə qərar çıxarıb. Sentyabr ayının 29-da 1 saylı İnzibati-İqtisadi məhkəməsinin qəbul etdiyi qətnaməyə əsasən ev sahibinə geri qaytarılıb.Belə ki, A.Quliyevaya sözügedən mənzil üzərində sahiblik və istifadə hüququ verilib.Vəkilin sözlərinə görə,qanunla bir ay müddətində,“Meqa Siti Holding” məhkəmənin qərarından apellyasiya şikayəti verə bilər: “Amma bu mümkün deyil.Çünki şirkət dələduzluqla məşğul olub və iş cinayət tərkiblidir.Vətəndaşın 50 min manatı əlindən alınaraq ev başqasına satılıb.” Vəkil hesab edir ki, həmin müddət bitəndən sonra tikinti şirkəti məhkəmə qərarını icra etməli olacaq.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274