ƏMLAK

Bu şirkətin səhmi cəmi 2 manata – HƏRRACA ÇIXARILDI
12 OKTYABR
371

Bu şirkətin səhmi cəmi 2 manata – HƏRRACA ÇIXARILDI

2016-10-12 10:37:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 1-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, həmin gün 23 səhmdar cəmiyyətin səhmlərinin bir hissəsi satışa çıxarılacaq.

Onlardan biri Biləsuvar rayonu, Nəsimi kəndindəki “Biləsuvar Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1976-cı ildə istifadəyə verilib. 1998 -ci ildə “Azərquşsənaye“ Dövlət Şirkətinin Biləsuvar Broyler Quşçuluq fabrikinin bazasında “Biləsuvar Broyler” ASC yaradılıb.  

Müəssisə əsasən, quş əti və yumurta istehsalı ilə məşğul olur. ASC-nin nizamnamə kapitalı 297 458 manat , buraxılan səhmlərinin ümumi sayı 148 729 ədəddir. Adi, sənədsiz adlı səhmlərin 103 996 ədədi (69,92 %) satılıb. Qalan 44 733 ədədlik (30,08%) səhm paketi isə hərracda satılacaq.

“Biləsuvar Broyler” ASC-nin ilkin satış qiyməti   44 733 manat (50 % güzəştlə) müəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər həmin mıbləğin 10 faizi  həcmində  beh ödəməlidirlər.  

Qeyd edək ki, dövlət bu müəssisənin səhmlərinə heç bir məhdudiyyət qoymayıb. ASC-nin ümumi torpaq sahəsi 215 015,3 kv.metr, tikilialtı sahəsi isə  7 382,5 kv.metrdir. Şirkətin ərazisində 5 ədəd quş damı, 1 ədəd quş damı rekonstruksiyası, texniki material anbarı, döşəmə cən anbarı, 100 tonluq yem anbarı, yanacaq kolonkası və s. yerləşir.

ACS Salyan şossesinə  6 km-lik məsafədə yerləşir.

 Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim edən hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.


Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin noyabr ayının 1-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272