ƏMLAK

Sumqayıtdakı atelye satılacaq – ƏMLAK HƏRRACI
12 OKTYABR
268

Sumqayıtdakı atelye satılacaq – ƏMLAK HƏRRACI

2016-10-12 10:08:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 25-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, həmin gün 23 səhmdar cəmiyyətin səhmlərinin bir hissəsi və 28 kiçik müəssisə  və obyekt satışa çıxarılacaq. Onların əksəriyyəti rayonlarda yerləşir.

Hərraca çıxarılan obyeklərdən biri də Sumqayıtdakı “Aygün” tikiş atelyesidir. Üzeyir Hacıbəyov küçəsi, 310M, 310L ünvanındakı 2 mərtəbəli binanın  1-c i mərtəbəsində yerləşən atelyenin faydalı sahəsi 160.4 kv.metrdir.

Bu günədək obyektdə cəmi 1 nəfər işçi var. Atelyenin debitor borcu yoxdur, 629 manat kreditor borcu qalıb. Obyektin ilkin satış qiyməti  46 750 manat müəyyən edilib. Start (satış) qiyməti isə  55 000 manatdır.

Obyektin 15%-lik hissəsi əmək kollektivinə güzəştli satışa yönəldiləcək.  Həmin hissənin dəyəri 8 250 manatdır. Qalan 85% hissəsi 46 750 manata hərraca çıxarılacaq. 

Qeyd edək ki, atelye   indi  İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır. Hərracda iştirak etmək istəyən hüquqi və  fiziki şəxslər obyektin ilkin satış qiymətinin 10 faizi həcmində beh ödəməlidirlər. 

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Gədəbəy şəhəri üzrə:
ünvan: Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 12 əlaqə telefonu: (kod 02232) 6-45-05

Xaçmaz şəhəri üzrə:
ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270