ƏMLAK

35 dövlət əmlakı özəlləşdirildi – HƏRRACIN NƏTİCƏLƏRİ
11 OKTYABR
267

35 dövlət əmlakı özəlləşdirildi – HƏRRACIN NƏTİCƏLƏRİ

2016-10-11 12:23:00

Bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. 

Fins.az-ın verdiyi xəbərə görə, açıq hərracda səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, kiçik dövlət müəssisə və obyektlərin satışı həyata keçirilib.

Hərracın nəticəsində 35 dövlət əmlakı özəlləşdirilib  və beləliklə özəlləşdirmədən dövlət büdcəsinə 1 mln. manatdan çox gəlir gələcək.

Hərracda Sumqayıtda yerləşən emalatxana, Nəsimi rayonundakı beş mərtəbəli binanın 16,5 kv.m-lik zirzəmisi, eyni binanın 24,8 kv.m-lik zirzəmisi, Xətai rayonunda yerləşən 9 mərtəbəli binanın 37,8 kv.m-lik zirzəmisini hərrac vasitəsilə əldə olundu. 

Bundan başqa, hərracda iki səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%  hissəsi, 20 kiçik dövlət müəssisə və obyekti və 13 nəqliyyat vasitəsi özəlləşdirilib. Daha iki satılan səhmdar cəmiyyətləri: “Saxsı qablar” ASC və “Beyləqan dəmir beton” ASC-dir. Özəlləşdirilmədən sonra qoyulacaq investisiya sayəsində onların fəaliyyətinin müasir tələblər əsasında bərpası mümkün olacaq. 

Özəlləşdirilən kiçik obyektlər və qeyri-yaşayış sahələrinin 14-ü paytaxtda, 6-sı isə Azərbaycanın digər şəhərlərində (Sumqayıt, Mingəçevir, Şəki və Gəncə) yerləşir. Kiçik dövlət əmlakları ticarət, ictimai iaşə, xidmət və digər sahələrə aid olub. 

Qeyd edək ki, növbəti hərrac oktyabrın 25-də keçiriləcək. və 84 dövlət əmlakı satışa çıxarılacaq.

Xatırladaq ki, hərracda iştirak üçün Komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Bundan sonra iştirakçı statusu qazanan vətəndaş hərracda qalib olaraq əmlak sahibi ola bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272