ƏMLAK

Çay evləri hərraca çıxarıldı – QİYMƏTLƏR
11 OKTYABR
740

Çay evləri hərraca çıxarıldı – QİYMƏTLƏR

2016-10-11 10:39:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 25-də növbəti əmlak hərracı keçirəcək.Fins.az xəbər verir ki, həmingün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 28 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında  çay evləri də var.  

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsi, 2 ünv anında yerləşən 6 saylı çay evinin ilkin satış qiyməti 15 min manatdır.

1 mərtəbəli ayrıca tikili olan obyektin ümumi torpaq sahəsi  468 kv.metr, faydalı sahəsi isə 71.5 kv.metrdir. Çay evinin heç bir debitor borcu  yoxdur, cəmi 1 082 manat kreditor borcu qalıb.

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 175 G-də yerləşən 2 saylı çayxana da satılacaq. Obyektin ümumi torpaq sahəsi 313.6 kv.metr, faydalı sahəsi isə  232.9 kv.metrdir. 1 mərtəbəli ayrı tikilinin ilkin satış qiyməti 50 min manat müəyyən edilib. Onun 85%-lik hissəsi hərraca çıxarılacaq. Onun qiyməti 42 500 manatdır.

Qalan 15 faizlik hissəsi isə əmək kollektivinə güzəştli qiymətə (7 500 manat) satılacaq.

Bu günədək çay evinin cəmi 1 nəfər işçisi qalıb. Heç bir debitor borcu yoxdur, cəmi  632 manat kreditor borcu qalıb.

Mingəçevir şəhəri, H.Əliyev prospekti, 76/1 A ünvanındakı “Arzu” çayxanası da özəlləşdirilməyə açılıb. 1 mərtəbəli tikilinin ilkin satış qiyməti 16 min manatdır. Hərraca çıxarılan hissə (85%) 13 600 manat, əmək kollektivinə güzəştli satışa yönəldilən hissəsi isə (15%) 2 400 manatdır.

Obyektin ümumi torpaq sahəsi103.7 kv.metr, faydalı sahəsi 98.4 kv.metrdir. Cəmi bir nəfər işçisi olan çayxananın debitor borcuyoxdur, cəmi 255 manat kreditor borcu qalıb.

Hər 3 çay evi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır.  Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər həmin obyektlərin ilkin satış qiymətinin 10 faizi həcmində  behi ƏMDK-nın  hesabına ödəməlidir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:


1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN). 

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.


3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Daşkəsən şəhəri üzrə: 
ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 4, əlaqə telefonu: (kod 02221) 5-56-51

Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98

Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58

Neftçala şəhəri üzrə:
ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti 33, əlaqə telefonu: (kod 02126) 3-39-21, 050-335-80-13

Yevlax şəhəri üzrə:
ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A, əlaqə telefonu: (kod 022336) 6-45-62

Kürdəmir şəhəri üzrə:
ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 41, əlaqə telefonu: (kod 2025) 5-55-39

İsmayıllı şəhəri üzrə:
ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 02028) 5-64-64

Qobustan şəhəri üzrə:
ünvan: Qobustan şəhəri, Yeni Massiv ərazisi, (DƏDRİX-in 14 saylı ərazi idarəsi), əlaqə telefonu: (kod 02024) 5-29-93

Cəlilabad şəhəri üzrə:
ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 151, əlaqə telefonu: (kod 02524) 5-50-30

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272