ƏMLAK

Bu obyektlər də özəlləşdiriləcək – SİYAHI
10 OKTYABR
377

Bu obyektlər də özəlləşdiriləcək – SİYAHI

2016-10-10 15:41:00

Noyabrın 8-də keçiriləcək növbəti əmlak hərracında 51 kiçik dövlət müəssisə və obyekti satışa çıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsindən fins.az-a verilən xəbərə görə, həmin obyektlər sırasına Bakıın ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif ölçülü qeyri-yaşayış sahələri də daxildir.

Bunlar 10 kvadrat metrdən başlayaraq 400 kvadrat metrədək olan obyektlərdir. Bu obyektlərin hərrac qiymətləri 6 500 manatdan 800 000 min manatadək dəyişir. . Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında isə Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Neftçala, Sabirabad rayonlarında yerləşən ictimai iaşə, xidmət və ticarət müəssisələri var.

Onların tam siyahısı və qiymətləri ilə bu linkdən ətraflı öyrənə bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272