ƏMLAK

Məişət evi 3 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ
10 OKTYABR
825

Məişət evi 3 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ

2016-10-10 10:25:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın   25-də növbəti  əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, həmin gün  ayrı-ayrı rayonlarda yerləşən 28 kiçik müəssisə və obyekt  özəlləşdirilməyə çıxarılacaq.

Onlardan biri  Şəmkir rayonu Mahmudlu kəndində yerləşən məişət evidir. 1 mərkətbəli tikilinin ümumi torpaq sahəsi: 49 kv.metr, faydalı sahəsi 36. kv.metrdir. Obyektin debitor borcu yoxdur, cəmi 35 manat kredit borcu qalıb. Məişət evi indi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır.

Məişət evinin ilkin satış qiyməti 3 000 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər onun dəyərinin 10 faizi həcmində beh ödəməlidir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcək.

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00

Şəmkir şəhəri üzrə:
ünvan: Şəmkir şəhəri, S.Vurğun küçəsi, 162 əlaqə telefonu: (kod 02230) 5-33-71

Gədəbəy şəhəri üzrə:
ünvan: Gədəbəy şəhəri, Heydər Əliyev prospekti, 12 əlaqə telefonu: (kod 02232) 6-45-05

Xaçmaz şəhəri üzrə:
ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7 əlaqə telefonu: (kod 2332) 5-39-72, 5-33-55, 5-12-27

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275