ƏMLAK

Səhmi cəmi 2 manata satılan şirkət – HƏRRACA ÇIXARILDI
10 OKTYABR
585

Səhmi cəmi 2 manata satılan şirkət – HƏRRACA ÇIXARILDI

2016-10-10 09:58:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 1-də növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, həmin gün 23 səhmdar cəmiyyətin səhmlərinin bir hissəsi satışa çıxarılacaq.

Onlardan biri Masallı rayonu, Şıxlar kəndində yerləşən “Şıxlar Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1983-ci ildə istifadəyə verilib. 1998-ci ildə "Azərquşsənaye" Dövlət Şirkətinin Masallı Broyler Quşçuluq fabrikinin bazasında “Şıxlar Broyler” ASC yaradılıb.

Şirkət əsasən, quşçuluq məhsullarının istehsalı və satışı ilə məşğul olur. ASC-nin nizamnamə kapitalı 279 609,60 manat,   buraxılan səhmlərinin sayı isə 139 804 ədəddir. Onlardan 97 714 ədədi (69,89%) artıq satılıb. Qalan 42090 ədədi  (30,11%) isə bu dəfə hərracda satılacaq.

Səhm paketinin ilkin qiyməti (50% güzəştlə) 42 090 manat  müəyyən edilib. Onu almaq istəyən    fiziki və hüquqi şəxslər həmin qiymətin 10 faizi həcmində beh ödəməlidirlər.

Bir səhmin nominal dəyəri cəmi 2 manatdır.  Dövlət tərəfindən səhmlərə hər hansı məhdudiyyət qoyulmayıb.

“Şıxlar Broyler” ASC-nin ümumi torpaq sahəsi 180 000 kv.metr, tikinti sahəsi isə 8 724.4 kv.metrdir. Ərazisində inzibati bina, qaraj binası, yem anbarı, yem sexi, 4 ədəd sex binası, qazanxana və s.   var.

Şir kət Bakı-Astara avtomobil yoluna – 6 km , Qasımlı dəmir yolu stansiyasına – 11 km-lik məsafədə yerləşir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim edən hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.


Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.


Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

- müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

- müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

- hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.


Pul hərracı 2016-cı ilin noyabr ayının 1-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274