ƏMLAK

Bu şirkətlər hərraca çıxarıldı –ÖZƏLLƏŞDİRMƏ
10 OKTYABR
389

Bu şirkətlər hərraca çıxarıldı –ÖZƏLLƏŞDİRMƏ

2016-10-10 09:39:00

Əmlak Məsələləri Dövlət Komitəsi (“MDK) noyabrın 8-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edib. Komitədən fins.az-a verilən xəbərə görə, bu dəfə hərraca ümumilikdə 77 dövlət müəssisə və obyekti çıxarılıb.

Bu dövlət əmlaklarının 26-ı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, kənkimya, nəqliyyat, tikinti, emal və sair sahələrə aid müəssisələr vardır.

Belə ki, bu səhmdar cəmiyyətləri arasında “Azinterservis”, “Lənkəran Taxıl”, “Ağcəbədi Pamıq”, “Biləsuvar Pambıq, “Zaqatala Sənaye”, ”“Bərdə Dəmir Beton-9” və digər müəssisələr vardır. Qeyd edilməlidir ki, hərraca cıxarılan səhmdar cəmiyyətləri Bakı şəhəri ilə yanaşı, respublikanın müxtılif bölgələrində yerləşir.

Həmçinin hərraca 51 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında həmçinin Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznesin qurulması üçün əlverişli ola biləcək müxtəlif sahəli qeyri-yaşayış sahələridir. Bunlar sırasında 10 kvadrat metrdən başlayaraq 400 kvadrat metrədək olan obyektlər vardır. Bu obyektlərin hərrac qiymətləri 6500 manatdan 800 000 min manatadəkdir.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında isə Bakı şəhərinin müxtəlif rayonlarında habelə, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Neftçala, Sabirabad rayonlarında yerləşən ictimai iaşə, xidmət və ticarət müəssisələri vardır.

Bu müəssisələrin özəlləşdirilməsində iştirak etmək istəyən şəxslər obyektlər baradə ətraflı məlumatları privatization.az portalından əldə edə bilərlər. Bu məlumatlara obyektlərin fotoşəkilləri, ünvanı, sahəsi və digər zəruri göstəricilər daxildir. Eyni zamanda hərraca çıxarılan əmlaklar barədə məlumatları komitənin rəsmi internet saytı vasitəsi ilə ətraflı məlumat əldə etmək mümkündür. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbu orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Qeyd edək ki, hərraclar açıq keçirilir və istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün iştirakçı hüququnu əldə etmək kifayətdir. Bunun üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib, əmlakın satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir.

Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Bununla yanaşı hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda iştirak edə bilər. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270