ƏMLAK

Parlament rayonların ərazi mübahisəsinə 'əl qoyur'
05 OKTYABR
553

Parlament rayonların ərazi mübahisəsinə 'əl qoyur'

2016-10-05 17:18:00

Milli Məclis mübahisəli ərazilər probleminin həlli məqsədi ilə işçi qrupları yaradacaq.

Bu haqda parlamentin regional məsələlər üzrə komitəsinin rəhbəri Arif Rəhimzadə məlumat verib.

Deputat deyib ki, Azərbaycanda yerli icra hakimiyyətlərinin şikayəti nəzərə alınmaqla ərazi vahidlərinin dəqiq xəritəsi hazırlanır.

“Komitəyə 59 şikayət daxil olub. Nümunə kimi Abşeron rayonu ilə Sabunçu, Binəqədi, Qaradağ və Şamaxı rayonları arasında anlaşılmazlığı göstərmək olar. Beyləqanla Biləsuvar, Ağcabədi ilə Bərdə, Xaçmazla Şabran, Bakı ilə Sumqayıt və eləcə də Bakı ilə Hacıqabul arasında ərazi mübahisələri var”, - deyə o bildirib.

O, bu problemin həll yolundan da danışıb.

“Problem həll edilən zaman demoqrafik proseslər, vətəndaşların maraqları, infrastruktur və rayonların inkişafı nəzərə alınacaq”, - deyə o bildirib.

Mənbə: Turan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272