ƏMLAK

Bu obyektlər hərraca çıxarıldı – SİYAHI
29 SENTYABR
523

Bu obyektlər hərraca çıxarıldı – SİYAHI

2016-09-29 15:57:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 25-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, bu dəfəki hərracda daha 84 şirkət, kiçik müəssisə və obyekt satışa çıxarılacaq.

Onlardan 28-i respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektləridir. Obyektlərin bir hissəsi Bakıda, qalanları Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Gədəbəy, Şəki və Xaşmazda yerləşir.

Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər satışa çıxarılan obyektin ilkin satış dəyərinin 10 faizi məbləğində behi Komitənin hesabına köçürməlidirlər.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Özəlləşdiriləcək kiçik müəssisə və obyektlərin siyahısı və qiymətləri ilə buradan tanış ola bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275