ƏMLAK

Bakıda hərraca çıxarılan obyektlərin – SİYAHISI
29 SENTYABR
463

Bakıda hərraca çıxarılan obyektlərin – SİYAHISI

2016-09-29 15:00:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 25-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, bu dəfəki hərracda daha 84 şirkət, kiçik müəssisə və obyekt satışa çıxarılacaq.

Hərraca çıxarılan obyektlərin 8-i Bakıda yerləşən qeyri-yaşayış sahələridir. Hərraclarda iştirak etmək üçün satışa çıxarılan obyekin dəyərinin 10 faizi məbləğində beh əvvəlcədən Komitənin hesabına ödənilməlidir.

Sənədlər müvafiq hərrac komissiyasına hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. Qeyd: Hərraclar Bakı şəhərində Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçiriləcəkdir.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

Özəlləşdiriləcək qeyri-yaşayış sahələrinin siyahısı və qiymətləri ilə buradan tanış ola bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270