ƏMLAK

Bakı sahilində bu obyektləri hasarlamaq olar - SİYAHI
22 SENTYABR
560

Bakı sahilində bu obyektləri hasarlamaq olar - SİYAHI

2016-09-22 11:04:00
Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin Siyahısı”nı təsdiq edib.
Fins.az xəbər verir ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində dəniz sahilindəki dövlət əhəmiyyətli obyektlərin hasarlanmasına icazə verilir. Nazirlər Kabineti dövlət əhəmiyyətli obyektlər kimi aşağıdakıları təsdiq edib:
 
1.Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri).
2. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu.
3. Su təchizatı sistemləri.
4.Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu).
5. Müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri, xüsusi təyinatlı təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları, Silahlı qüvvələrin döyüş mövqeləri, idarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular.
6. Döyüş sursatlarının, partlayıcı, radioaktiv, kimyəvi, bakterioloji və zəhərli maddələrin istehsalı və saxlanılması müəssisələri.
7. Dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edən obyektlər.
8. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları.
9. Gəmilər üçün yanalma körpüləri.
10. Mayaklar.
11. Bakı Gəmiqayırma Zavodu.
12. Gəmi təmiri zavodları.
13. Sumqayıt çirkab sutəmizləyici qurğusu (mövcud).
14. Lökbatan çirkab sutəmizləyici qurğusu (mövcud).
15. Bayıl Qəsri.
16. Əl Oyunları Stadionu.
17. Bakı Dəniz Vağzalının binası.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275