ƏMLAK

Kərəm Həsənov vətəndaşları qəbul edəcək
22 SENTYABR
218

Kərəm Həsənov vətəndaşları qəbul edəcək

2016-09-22 10:37:00
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sentyabrın 30-da Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək. Komitədən verilən məlumata görə, qəbulda yalnız Zərdab, Ucar, Göyçay və Kürdəmir  rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Zərdab rayonunda  yerləşən Heydər Əliyev Mərkəzində  keçiriləcək.
 
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
 
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
 
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi: (020-21) 3 01 29, (020-29) 6 62 83
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272