ƏMLAK

Zığda 130 ev təhlükə zonasındadır
20 SENTYABR
319

Zığda 130 ev təhlükə zonasındadır

2016-09-20 11:51:00

Son günlər Azərbaycanda havaların yağışlı keçməsi nəticəsində sürüşmə sahələrində aktivləşmə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib ki, Bakı üzrə ən təhlükəli zona Zığdadır. Onun sözlərinə görə, Zığda vəziyyət xeyli fəallaşıb və artıq 120-130 ev təhlükə zonasındadır: “Zığ massivi zonasında evlərdə çatlar genişlənib, proses sürətlənib və evlər üçün təhlükə artıb.  Digər sürüşmə sahələrində nisbi fəallıqdır və gözə görünən proses yoxdur. Amma Zığ tərəfdə vəziyyət yaxşı deyil”.

E.Əlizadə qeyd edib ki, Azərbaycanın digər rayonlarında da fəallaşma müşahidə edilir. O əlavə edib ki, İsmayıllı-Ağsu-Şamaxı zonasında yüksək fəallaşma var: “Nisbi fəallaşma Lənkəran, Şabran-Xızı zonasındadır. Sürüşmə sahələrində fəallıq var, amma kəndlərə böyük ziyan dəyməyib, yollar bağlanmayıb. Qobustan-Şamaxı-İsmayıllı, Qobustan-Şamaxı-Ağsu yolları ətrafındakı sürüşmə zonalarında fəallıq var. Bir də yağış yağarsa, yollaın bəziləri bağlana bilər”.  

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275