ƏMLAK

Tələbə yataqxanası tikmək neçəyədir? – HESABLAMA, MƏBLƏĞ
15 SENTYABR
770

Tələbə yataqxanası tikmək neçəyədir? – HESABLAMA, MƏBLƏĞ

2016-09-15 16:09:00

Azərbaycanda ali məktəblərin və tələbələrin sayının artması daşınmaz əmlakla bağlı yeni biznes imkanları yaradır. Bütün dünyada geniş yayılan yataqxana biznesini ölkəmizdə də qurmaq olar. Fins.az bu biznesi ilə ciddi maraqlananlar üçün ənənəvi tələbə  yataqxanasının tikintisi xərclərini hesablayacağıq. Təbii ki, reallıqda bu xərclər müxtəlif amillərdən asılı olaraq bizim hesablamadan fərqlənə bilər. Amma istənilən halda bu biznesə başlamaq istəyənlər üçün təqribi təsəvvür yaradır. Yataqxana tikmək neçəyə başa gəlir? 

Ənənəvi tələbə yataqxanası

Söhbət ölçüləri 14 m X 55 metr olan 5 mərtəbəli yataqxanadan gedir. Yataqxana 105 otaq-nömrədən və 110 ədəd əlavə otaqlardan ibarətdir. Nömrə-otaqlardan 4-nün sahəsi 41,3m2-dir, digər 101 otağın sahələri isə 13,5 m2-dan 23,4 m2-ə kimi dəyişir. Otaqların sayını və sahəsini nəzərə alanda yataqxanada eyni vaxtda 250-350 yaxın tələbə yaşaya bilər.

Müxtəlif təyinatlı əlavə otaqların sahələri isə sahəsi 3,5 m2-dən 5,5m2-a qədər dəyişir. Bunlardan başqa, yataqxanada 10 camaşırxana (sahəsi 10,4m2), 10 mətbəx (14,6m2), 10 hamam otağı (12,5m2), 10 sanitar qovşağı (17,2m2) var. Yataqxana binasında hər mərtəbədə dəhliz (116,4m2) də nəzərdə tutulub. Ümumilikdə yataqxanadakı yaşayış sahəsi 2530 m2, köməkci sahələr 1070 m2 təşkil edir. Yataqxananın ümumi sahəsi 3600m2-dir.

Göründüyü kimi bu yataqxanada sanitar qovşaqları və ayaqyolu ümumidir. Bu variant tikinti xərclərinə qənaət etməklə yanaşı, otaqların sahəsindən maksimum istifadə etməyə  də imkan verir. Eləcə də, burada tələbələrn xörək hazırlaması və paltar yuyulması üçün də lazımi şərait yaradılıb.

Ölçülərini və hündürlüyünü nəzərə alanda belə yataqxananı tikmək üçün torpaq sahəsinin eni azı 40 metr, uzunluğu 85 metr olmalıdır. Başqa sözlə, belə yataqxana tikmək istəyənlər minimum 34 sot torpaq sahəsinə malik olmalıdırlar. Yeri gəlmişkən, şəhərin mərkəzinə bu ölçülərdə torpaq sahəsi tapmaq o qədər də asan olmadığından, yataqxana tikmək istəyənlər çox güman ki, şəhər kənarına üz tutmalı olacaqlar. Beləliklə... 

Torpaq işləri

Xərclər

Məbləğ

Əmək haqqı

8 250,0 manat

Material xərcləri

4 160,0 manat

Ümumi

12 410,0 manat

Torpaq işləri özül çalasının ekskavatorla qazılmasını, özül və döşəməyə qırma daşın və qumun verilməsini, eləcə də əks doldurulmanı nəzərdə tutur. 2300 m3 bünövrənin qazılması 5 750  manata, digər işlər 2500 manata başa gəlir. Torpaq işlərində tələb olunan 1200 m2 rubiroidin alınması 2 640 manata, hər biri 40 m3 olmaqla qırma daşın və qumun alınması isə 1520 manata başa gəlir.

Dəmir-beton işləri

Xərclər

Məbləğ

Əmək haqqı

  65 280,0 manat

Material xərcləri

256 460,0 manat

Ümumi

321740,0 manat

Dəmir-beton işlərinə - özül, döşəmə, rigel, kəmər və pilləkən torunun toxunması, bura beton verilməsi üçün qəliblərin düzəldilməsi, eləcə də özülə, kəmərə, döşəməyə və pilləkənə beton tökülməsi daxildir. 800 m2-lik özülün hər kvadratmetrinin düzəldilməsi 15 manata, 4440 m2-lik digər beton sahələrin hazırlanması isə 12 manata başa gəlir. Nəticədə dəmir-beton işlərində əmək haqqı 65 min manatı keçir.

Material xərcləri isə bundan 4 dəfə artıqdır. Belə ki, dəmir-beton işləri üçün tələb olunan 142 ton armaturun (830 manatdan), 1540 m3 betonun (90 manatdan) alınması ümumilikdə 256 min manatı keçir. 

Hörgü işləri

Xərclər

Məbləğ

Əmək haqqı

29 180,0 manat

Material xərcləri

71 616,0 manat

Ümumi

100 796,0 manat

Yataqxananın tikintisində hörgü işlərinə qalınlığı 40 sm, sahəsi isə 4200 m2 olan xarici divarların mişar daşı ilə, eləcə də qalınlığı 8 sm, sahəsi isə 1560 m2 olan daxili divarların kərpiclə hörülməsi daxildir. Bu işlərə mişar daşının yuxarı mərtəbəyə daşınmasında əl işləri də aiddir. Hörgü işinin 1 m2-i xarici divarda 5 manata, daxili divarda isə 3 manata başa gəlir. 70 min ədəd mişar daşının yuxarı daşınması isə 3500 manata (biri 5 qəpikdən daşınır) başa gəlir.

Ümumilikdə hörgü işləri üçün 94 000 mişar daşı (0,50 manatdan), 40 560 kərpic (0,28 manatdan), 64 ton sement (150 manatdan) və 183 kubmetr qum (20 manatdan) tələb olunur. 

Suvaq işləri

Xərclər

Məbləğ

Əmək haqqı

41 680,0 manat

Material xərcləri

   21940,0 manat

Ümumi

 63 620,0 manat

Yataqxana tikintisində suvaq işləri xarici (2770 m2) və daxili divarların (10200 m2) suvanmasını əhatə edir. Suvaq işi xarici divarda 4  manata, daxili divarda 3 manata başa gəlir. Suvağa 302 m3 qum (20 manatdan), 106 ton (150 manatdan) sement sərf edilir.

Fasad işləri

Xərclər

Məbləğ

Əmək haqqı

     11760,0 manat

Material xərcləri

1 838,0 manat

Ümumi

13 598,0 manat

Fasad işlərinə evin fasadının ayaqaltılarının qurulması (2300 m2) və fasadın (2770 m2) emulsiya ilə rənglənməsi daxildir. Fasadın hər kvadratmetrinin rənglənməsi 3 manata, ayaqaltının hər kvadratmetrinin qurulması 1,5 manata başa gəlir. Bu işlər üçün 525 kq emulsiyanın alınması 1 837 manata başa gəlir. 

Çardaq işləri

Xərclər

Məbləğ

Əmək haqqı

11 050,0 manat 

Material xərcləri

19840,0 manat

Ümumi

30 890,0 manat

Çardaq işləri - yataqxananın üstündə çardağın və aksessuarların qurulması (9 manatdan 1050 m2), çardaq döşəməsinin izolyasiyası daxildir (2 manatdan 800 m2). Bu işlər üçün tələb olunan 1150 m2 izolyasiya materialı 2 530 manat, 21 m3 çardaq xərpələri 5 460 manat, 3000 metr reyka 1500 manat, 1150 m2 dam örtüyü və aksessuarları isə 10350 manat xərc tələb edir. 

Döşəmə və kafel işləri

Xərclər

Məbləğ

Əmək haqqı

54 388,0 manat  

Material xərcləri

77 005,0 manat

Ümumi

131 393,0 manat

Yataqxanada döşəmə və kafel işlərinə otaqların 2529 m2-lik döşəməsinin taxta ilə düzəldilməsi (8 manatdan) və cilalanması (2 manatdan), döşəməyə dolğu və lak vurulması (2 manatdan), 1070 m2-lik döşəmənin metlaxla döşənməsi üçün əvvəlcə hazırlıq qatının vurulması (4 manatdan), sonra isə metlaxla üzlənməsi (8 manatdan),  1400 m2 divarın isə kafellə üzlənməsi (8 manatdan) aiddir.  Material xərcləri döşəmə taxtası (kubu 380 manatdan 80 m3), laqalar (kubu 260 manatdan 33 m3), kafel (kvadratı 11 manatdan 1150 m2) və metlaxın (11 manatdan 1600 m2) alınmasına sərf edilir. Kafel-metlax yapışdırıcısı (kiloqramı 35 qəpikdən 16500 kq) 5775 manata, dolğu və lak isə (kiloqramı 2,5 manatdan 800 kq) 2000 manata başa gəlir.

Elektrik işləri

Xərclər

Məbləğ

Əmək haqqı

8 295,0 manat

 Material xərcləri

13269,0 manat

Ümumi

21 564,0 manat

Elektrik işlərinə 5 sayğacın, 140 avtomat açarın, 400 rozetkanın, 280 elektrik açarının, 400 «spot» tipli lampanın, 110 çilçırağın və elektriklə işləyən 20 ədəd su qızdırıcısının  - «Ariston»un quraşdırılması, eləcə də 3200 metrə yaxın müxtəlif ölçülü naqillərin (metri 0,2-0,5 manatdan) çəkilməsi daxildir. 

Santexnika işləri

Xərclər

Məbləğ

Əmək haqqı

3 936,0 manat

Material xərcləri

11784,0 manat

Ümumi

 15720,0 manat

Yataqxana tikintisində santexnika işlərində ümumi uzunluğu 660 metr olan müxtəlif ölçülü su və kanalizasiya borularının quraşdırılması, əl-üz yuyanların, kranların, ayaqyolu avadanlıqlarının, mətbəx üçün yuyucunun, eləcə də elektrik və qaz sobalarının alınıb quraşdırılması üçün əmək haqqı xərcləri 3936 manatdır. Material xərclərinin əsas hissəsini 40 əl-üz yuyan (hər biri 60 manatdan), 10 vanna (140 manatdan) və 30 unitaz (90 manatdan), mətbəx üçün 10 yuyucu (45 manatdan), 10 sobanın (160 manat), eləcə də 30 dəst su qarışdırıcısının (50 manatdan) alınması təşkil edir.

Daxili abadlıq (malyar) işləri

Xərclər

Məbləğ

Əmək haqqı

53 500,0 manat

Material xərcləri

12950,0 manat

Ümumi

66 450,0 manat

Daxili abadlıq işləri divarların və tavanın şpaklyovkalanması (4 manatdan 7900 m2),  eləcə də daxili divarların emulsiya ilə rənglənməsini (2 manatdan 10 950 m2) əhatə edir.  Bu işlər üçün material xərclərinə istifadə olunan şpaklyovkaların (7000 kq – 2450 manat) və emulsiyanın dəyəri  (3500 kq – 10 500 manat) aiddir. 

Tavan işləri

Xərclər

Məbləğ

Əmək haqqı

15 500,0 manat

Material xərcləri

    5100,0 manat

Ümumi

20 600,0 manat

Tavan işlərinə tavanın bir hissəsinin şpaklyovkalanması (4 manatdan 3050 m2), digər hissəsinin isə lambrinlə (6 manatdan 550 m2) üzlənməsi daxildir. Tavan işləri üçün material xərclərinə lambrinin (8,5 manatdan 600 m2) alınması aiddir.

Pəncərə-qapı və pilləkən

Xərclər

Məbləğ

Əmək haqqı

13 173,0 manat

Material xərcləri

61120,0 manat

Ümumi

74293,0 manat

Yataqxana tikintisində ümumi sahəsi 24 m2 olan dəmir qapıların, 259 m2 plastik qapının, 287 m2 plastik pəncərənin, 124 m2 taxta qapının alınıb quraşdırılması nəzərdə tutulub. Quraşdırma işləri bütün növ qapı-pəncərələr üçün kvadratı 15 manatdan görülür. Bu işlərə tələb olunan dəmir qapının kvadratı 150 manata, plastik qapı-pəncərə 70 manata, taxta qapının kvadratmetri 80 manata başa gəlir. Pəncərə və qapı işlərinə pilləkənin quraşdırılması da daxildir.

Kran, ekskavator və istilik təchizatı işləri

Yataqxana tikintisi kimi iri miqyaslı tikintidə iri tikinti texnikası, o cümlədən kran və ekskavatorsuz keçinmək mümkün deyil. Bu layihə üzrə tikinti zamanı kran və ekskavator işi ümumilikdə isə 50 min manata başa gəlməsi nəzərdə tutulur. Bundan başqa, sifarişçinin istəyi ilə binada istilik təchizatı sistem idə qurula bilər. Bu sistemin qurulması təqribən 50 min manata başa gəlir. 

Yataqxananın tikintisi xərcləri

Beləliklə, göründüyü kimi, göstərilən layihə üzrə 3 mərtəbəli 105 otaqlı yataqxananın tikintisi 948 074 manata (istilik təchizatı xaric) başa gəlir. Xərclərin 390 992 manatı və ya təqribən 41%-i əməkhaqqının, 557 082 manatı və ya təqribən 59%-i isə material xərclərinin payına düşür. Bu hesablamaya əsasən göstərilən layihə üzrə yataqxananın 1m2-nin tikintisi təqribən 273 manata başa gəlir. Burada yaradılan şəraiti və komfortu nəzərə alanda pis məbləğ deyil. Üstəlik, bu sadəcə yaşayış yeri deyil - biznes obyektdir və gələcəkdə gəlir gətirəcək. 

Cədvəl 1. 5 mərtəbəli 105 otaqlı yataqxananın tikintisinə sərf olunan vəsait

 

İşlərin adı

Əmək haqqı

Material

Ümumi

 

Torpaq işləri

8 250,0 manat

4 160,0 manat

12 410,0 manat

 

Dəmir-beton işləri

65 280,0 manat

256460,0 manat

321 740,0 manat

 

Hörgü işləri

29 180,0 manat

71 616,0 manat

100 796,0 manat

 

Suvaq işləri

41 680,0 manat

21 940,0 manat

63 620,0 manat

 

Fasad işləri

11 760,0 manat

1 838,0 manat

13 598,0 manat

 

Çardaq işləri

11 050,0 manat 

19 840,0 manat

30 890,0 manat

 

Döşəmə və kafel işləri

54 388,0 manat

77 005,0 manat

131 393,0 manat

 

Elektrik işləri

8 295,0 manat

13 269,0 manat

21 564,0 manat

 

Santexnika işləri

3 936,0 manat

11 784,0 manat

15 720,0 manat

 

Daxili abadlıq (malyar)

53 500,0 manat

12 950,0 manat

66 450,0 manat

 

Tavan işləri

15 500,0 manat

5 100,0 manat

20 600,0 manat

 

Qapı-pəncərə, pilləkən

13 173,0 manat

61 120,0 manat

74 293,0 manat

 

 

 

 

 

 

Kran işi

30 000 manat

-

30 000 manat

 

Ekskavator işi

20 000 manat

-

20 000 manat

Cəmi:

390 922,0 manat

557082,0 manat

948 074,0 manat

 Cədvəl 2. 5 mərtəbəli 105 otaqlı yataqxananın tikintisinə sərf olunan tikinti materialları

 

Materiallar

Ölçü vahidi

Həcm

1

Sement

Ton

170.00

2

Qum

m3

525.0

3

Qırma daş (şeben)

m3

40.0

4

Mişar daşı (kubik)

ədəd

94 000.0

5

Beton

m3

1 540.0

6

Kərpic (20 X 20 X 8 sm)

ədəd

40 560.0

7

Armatur (d-12mm)

ton

142.0

8

Xamut

ədəd

 

9

Emulsiya

kq

3 500.0

10

Taxta

m3

134.0

11

Şüşə-pambıq (qalınlıq=5mm)

m2

 

12

Reyka

p/m

3 000.0

13

Dam örtüyü

m2

1 150.0

14

Dolğu və lak

Kq

800.0

15

Metlax

m2

1 150.0

16

Kafel

m2

1 600.0

17

Kafel-metlax yapışdırıcısı

Kq

16 500.0

18

Lambrin

m2

600.0

19

Ruberoid

m2

2 350,0

20

Şpaklyovka

Kq

7 000.0

21

Mastika

Kq

1 300.0

22

Plastik qapı

m2

259.0

23

Plastik pəncərə

m2

287.0

24

Dəmir qapı

m2

24.2

25

Taxta qapı

m2

124.0

26

Fasad emulsiyası

m2

525.00

 
Tərtib etdi: Səfalı Əlifov, inşaat mühəndisi
(Hesablamalar tikinti materialları və əmək bazarındakı qiymətlər əsasında aparılıb)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274