ƏMLAK

Səhmi cəmi 2 manata satılan bu şirkət hərraca çıxarıldı - ÖZƏLLƏŞDİRMƏ
15 SENTYABR
580

Səhmi cəmi 2 manata satılan bu şirkət hərraca çıxarıldı - ÖZƏLLƏŞDİRMƏ

2016-09-15 11:45:00
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı sen tyabrın 27-də növbəti hərrac keçirəcək. Komitədən fins.az-a verilən xəbərə görə, hərraclarda ümumilikdə 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.
 
Hərraca çıxarılan əmlaklardan 25-i respublikanın müxtəlif bölgələrində yerləşən açıq səhmdar cəmiyyətlərdir. Hərracda onların  səhm paketinin 30-45 faizi satışa çıxarılacaq. Bu səhmdar cəmiyyətlər iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.
Onlardan biri Beyləqan şəhəri, S.İmrəliyev küçəsi, 1 ünvanında yerləşən “Beyləqan Konserv” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1978-ci ildə istifadəyə verilib.  2007 -ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan konserv zavodunun bazasında “Beyləqan Konserv” AS C yaradılıb. Müəssi sə əsasən, meyvə-tərəvəz tədarükü və emalı, konserv məhsullarının istehsalı və satışı ilə məşğuldur.
ASC-nin nizamnamə kapitalı  30 158 manat, buraxılan səhmlərinin sayı isə 15 079 ədəddir. Onların 60,95 faizi və ya 9 191 ədədi artıq satılıb. Bu dəfəki hərracda isə qalan 39,05 faizlik hissəsi və ya 5 888 ədədi  satışa çıxarılacaq. Bir səhmin qiyməti cəmi 2 manatdır.  
Satılacaq  səhm zərfinin nominal dəyəri (50% güzəştlə)  5 888 manat müəyyən edilib.  Hərracda iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər həmin məbləğin 10 %-i həcmində-   588.80 manat  beh ödəməlidirlər. Həmin  vəsait  ƏMDK-nın Mərkəzi Bankdakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı hesabına  köçürülməlidir.
 
Qeyd edək ki, dövlət “Beyləqan Konserv” ASC-nin səhmlərinə heç  bir məhdudiyyət qoymayıb.
 
Müəssisənin ümumi torpaq sahəsi 29 848.1 kv.metr,  tikilialtı sahəsi isə  4 035.3 kv.metrdir. Ərazidə inzibati bina, avtomobil qarajı, ayaq yolu, gözətçi binası, yardımçı bina yerləşir. ASC  Beyləqan-Daşburun avtomobil yolununa  100 m, Daşburun dəmir yolu stansiyasına isə  19 km-lik məsafədə yerləşir.
Xatırladaq ki, pul hərracı 2016-cı ilin sentyabrın 27-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.  Qanunvericiliyə müvafiq olaraq hərracda alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization.az portalından ala bilərsiniz.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275