ƏMLAK

Bu qeyri-yaşayış sahələri də hərraca çıxarıldı - SİYAHI
14 SENTYABR
305

Bu qeyri-yaşayış sahələri də hərraca çıxarıldı - SİYAHI

2016-09-14 11:24:00
Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 11-də 60 dövlət obyektini açıq hərracda satışa çıxaracaq. Fins.az xəbər verir ki, onlardan 30-u səhmdar cəmiyyət, 27-si istifadəsiz qalan daşınmaz dövlət əmlakı, 7-si isə kiçik müəssisə və obyektlərdir.
 
Hərraclar tək Bakıda deyil, eyni zamanda Mingəçevir və Şəki şəhərlərində də keçiriləcək. Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
 
Bu hərraclar digər şəhərlərdə bu ünvanlarda baş tutacaq:
 
Mingəçevir şəhəri üzrə: 
ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00
Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36
Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMKD-nın Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.
 
Hərraca çıxarılacaq qeyri-yaşayış sahələrinin siyahısını buradan izləyə bilərsiz. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275