ƏMLAK

Bu şirkətin səhmləri cəmi 41 min manata satılır - ÖZƏLLƏŞDİRMƏ
05 SENTYABR
573

Bu şirkətin səhmləri cəmi 41 min manata satılır - ÖZƏLLƏŞDİRMƏ

2016-09-05 14:35:00
Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət  Komitəsi (ƏMDK)  sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə,  hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.
 
Onlardan biri  Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsiünvanında yerləşən  “Pirallahı Çörək” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1965-ci ildə istifadəyə verilib. 1997-ci ildə “Taxıl məhsulları” Dövlət Şirkətinin 12 saylı çörək zavodunun bazasında“Pirallahı Çörək” ASC yaradılıb.
Müəssisə əsasən, çörək  istehsalı ilə məşğul olub.  
ASC-nin nizamnamə kapitalı  329 206.80 manat, buraxılan  səhmlərinin ümumi sayı 164 603 ədəddir.  Adi, sənədsiz adlı səhmlərin 123 436 ədədi (74.99%)artıq satılıb.   Bu dəfəki hərracda isə səhmlərin 25,01%-i və ya 41167 ədədi satışa çıxarılacaq.
Hərraca çıxarılan səhm paketinin ilkin satış qiyməti (50% güzəştlə) 41 167 manat  müəyyən edilib. Hərracda iştirak etmək istəyən şəxslər həmin məbləğin 10%-i həcmində-  4 116.70 manat  beh verməlidirlər. Həmin məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı
 AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı
hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.
 
1 səhmin qiyməti cəmi 2  manatdır. Dövlət  həmin səhmlərə hər hansı məhdudiyyət qoymayıb.
Müəssisənin ümumi torpaq sahəsi 10552 kv.metr,  tikilialtı sahəsi isə 2326.4 kv.metrdir. Ərazidə 3 mərtəbəli idarə bina, dülgər sexi, anbar, transformator binası, nasosxana binası, hovuz, qaraj, gözətçi binası.
 “Pirallahı Çörək” ASC  avtomobil yolundan 1 km məsafədə yerləşir.
Onu da deyək ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization.az portalından ala bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274