ƏMLAK

Suraxanıdakı bu mağaza 11 min manata satılır- ÖZƏLLƏŞDİRMƏ
02 SENTYABR
1218

Suraxanıdakı bu mağaza 11 min manata satılır- ÖZƏLLƏŞDİRMƏ

2016-09-02 17:32:00

Xəbər veridiyimiz kimi, sentyabrın 14-də Bakıda daşınmaz əmlak üzrə ilk hərrac keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr, eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

İlk hərracda  28 kiçik müəssisə və obyektin özəlləşdiriləcəyi gözlənilir. Onların  sırasında Bakının  Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 14K ünvanında yerləşən 119 saylı mağaza da var.

 1 mərtəbəli tikilinin  ümumi torpaq sahəsi 47 kv.m, faydalı sahəsi isə 41.4 kv.metrdir. Obyektin debitor borcu yoxdur, cəmi 384 manat kreditor borcu qalıb. Mağazanın ilkin satış qiyməti 11600 manatdır.

Hərracda iştirak etmək istəyənlər həmin məbləğin 10 %-i həcmində - 1 160 manat beh ödəməlidir.  Həmin məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 000 0000 4944 saylı

hesablaşma hesabına köçürülməlidir. 

Qeyd eədk ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyalarında keçiriləcək. İştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMD  Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar. 

  

Müəssisə və obyektin yerləşdiyi mövqe:

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272