ƏMLAK

Oğuzda “ kupça” paylanıb
02 SENTYABR
210

Oğuzda “ kupça” paylanıb

2016-09-02 14:44:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün Oğuz raonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib. Komitədən  fins.az-a  verilən xəbərə görə, kampaniya zamanı 100-ə yaxın yerli sakinə fərdi ev, həyətyanı torpaq sahəsi, pay torpaqlarının qeydiyyatına dair  çıxarışlar təqdim edilib. 

Eyni zamanda 80-ə yaxın vətəndaşdan əmlaklarının qeydiyyatı üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.

Qeyd edək ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi  zamanı çöl-ölçmə işlərinin aparılması tələb olunur. «Kütləvi çıxarış» kampaniyası çərçivəsində sakinlərin istəklərindən asılı olaraq ilkin qeydiyyat üçün birbaşa olaraq çöl ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qalxır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədi ilə tədbirlər görülüb.

«Kütləvi çıxarış» kampaniyası zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan vətəndaşlara bilavasitə yerlərdə hüquqi xidmətlər göstərilib. Onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilib. 

Bundan başqa, bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, qeydiyyatın gətirdiyi üstünlüklər və rahatlıqlar, eləcə də, qeydiyyatlı əmlakın istifadəsinin rahatlıqları barədə məlumatlar verilir.

Xatırladaq ki, indiyədək respublikanın müxtəlif bölgələrində keçirilən bu kampaniya nəticəsində 8 mindən çox vətəndaşa əmlaklarına dair çıxarışlar təqdim edilib.  Vətəndaşlara gündəlik olaraq fərdi qaydada mobil ofis xidmətləri də göstərilir. İndiyədək belə xidmətlər vasitəsilə 100 mindən çox müraciət təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275