ƏMLAK

Səhmi cəmi 1 manata satılan şirkət ÖZƏLLƏŞDİRİLƏCƏK
30 AVQUST
454

Səhmi cəmi 1 manata satılan şirkət ÖZƏLLƏŞDİRİLƏCƏK

2016-08-30 18:09:00

Xəbər veridiymiz kimi,  sentyabrın 14-də ilk daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr, eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Hərracda 25 səhmdar cəmiyyətin dövlətə məxsus səhmlərinin 30 fazilik hissəsi satılacaq. Onlardan biri Qax şəhəri, Ü.Hacıbəyov küçəsi, 2b ünvanındakı “Qax Taxıl”  Açıq Səhmdar Cəmiyyətidir.

Müəssisə 1964-cü ildə istifadəyə verilib. 1997-ci ildə Taxıl Məhsulları Dövlət Şirkətinin Qax Taxıl Məhsulları Kombinatının bazasında “Qax Taxıl” ASC yaradılıb. Müəssisə əsasən, taxıl məhsullarının tədarükü, emalı və satışı ilə məşğul olur. İyulun 1-dək müəssisənin 5 nəfər işçisi olub.

ASC-nin nizamnamə kapitalı 1 001 294,80 manat, buraxılan səhmlərin ümumi sayı  1 001 296 ədəddir. Adi, sənədsiz adlı səhmlərin 700 055 ədədi (69.91%) artıq satılıb. İlk hərracda isə səhm paketinin 30,09%-i və ya 301 241 ədədi satılacaq.

“Qax Taxıl” ASC-nin 1 səhmi cəmi 1 manata satılır. Satılan səhm zərfinin ilkin satış qiyməti (50% güzəştlə) 150 620,50 manat müyyən edilib. Dövlət həmin səhmlərə heç  bir məhdudiyyət qoymayıb.

ASC-nin ümumi torpaq sahəsi  84 927.4 kv.metr,  tikintialtı sahəsi isə

22 600.2 kv.metrdir.Ərazidə idarə binası, yeməkxana, qonaq evi, qarğıdalı quruducu sexləri, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar, qaraj, ağac emalı sexi, talvar və s. yerləşir.

ASC Qax Dəmiryolu Stansiyasına 18 km-lik məsafədə yerləşir.

Qeyd edək ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)


-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 


-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.


Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275