ƏMLAK

318 kv.metrlik obyekt cəmi 1000 manata satılır – ƏMLAK HƏRRACI
30 AVQUST
1180

318 kv.metrlik obyekt cəmi 1000 manata satılır – ƏMLAK HƏRRACI

2016-08-30 10:56:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edilib. Komitədən fins.az-a verilən xəbərə görə, hərraclarda ümumilikdə 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.

Həmin gün eyni zamanda Kürdəmirdəki qeyri-yaşayış sahəsi də  satışa çıxarılacaq. Kürdəmir şəhəri, Aran qəsəbəsi, 88A ünvanındakı obyekt ümumi torpaq sahəsi 318 kv.metr, faydalı sahəsi isə 8.1 kv.metrdir. Obyekt  indi Kürdəmir Rayon İcra Hakimiyyəti, Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının balansındadır.

Eləcə də bax: Bu şirkətlər də satışa çıxarıldı – SİYAHI, QİYMƏTLƏR

1 mərtəbəli tikilinin ilkin satış dəyəri cəmi 1 000  manat müəyyən edilib. Obyektin heç bir debitor və kreditor borcu yoxdur. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində, yəni 100 manat beh ödəməlidir. Həmin vəsait ƏMKD-nın Mərkəzi bankdakı 

AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı

hesablaşma hesabına  köçürülməlidir. 

Eləcə də bax: Bu müəssisə və obyektlər satılacaq – SİYAHI, QİYMƏTLƏR

Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Qeyri-yaşayış sahəsi ilə bağlı hərrac Kürdəmir şəhərində yerli hərrac komissiyasında keçiriləcək. (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 41 telefonu: (kod 2025) 5-55-39)

Hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar. 

Xatırladaq ki, sentyabrın  27-də hərraca çıxarılan əmlaklar sırasında  25 səhmdar cəmiyyət də var.  Hərracda onların  səhm paketinin 30-45 faizi satışa çıxarılacaq. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271