ƏMLAK

Nardaranda mağaza hərraca çıxarıldı -ÖZƏLLƏŞDİRMƏ
29 AVQUST
313

Nardaranda mağaza hərraca çıxarıldı -ÖZƏLLƏŞDİRMƏ

2016-08-29 18:19:00

Bu il sentyabrın 14-də  Bakıda daşınmaz əmlak üzrə ilk hərrac keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr, eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

İlk hərracda  28 kiçik müəssisə və obyektin özəlləşdiriləcəyi gözlənilir. Onların  sırasında Bakının  Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, 196A, 196B ünvanındakı 124 saylı mağaza da var.

1 mərtəbəli tikilinin ümumi torpaq sahəsi 171.4 kv .metr, faydalı hissəsi isə 109.1 kv.metrdir. Obyektin  debitor  borcu yoxdur, 610 manat kreditor borcu qalıb. Mağaza indi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindədir.

Mağazanın ilkin satış qiyməti 15 800 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyənlər həmin məbləğin 10 %-i həcmində - 1 580 manat beh ödəməlidir.  Həmin məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 000 0000 4944 saylı

hesablaşma hesabına köçürülməlidir. 

Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyalarında keçiriləcək. İştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:


1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).


2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.


3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.


Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMD  Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271