Bu il sentyabrın 14-də ilk daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr, eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.
Hərracda 25 səhmdar cəmiyyətin dövlətə məxsus səhmlərinin 30 fazilik hissəsi satılacaq. Onlardan biri İmişli rayonu, Rəsullu kəndində yerləşən “İmişli Yağ-Pendir” Açıq Səhmdar Cəmiyyətidir.
Eləcə də bax: Bu şirkətlər də satışa çıxarıldı – SİYAHI, QİYMƏTLƏR
Müəssisə 1971-ci ildə istifadəyə verilib. 1997-ci ildə “Azəryeyintisənaye” Dövlət Şirkətinin İmişli Yağ-Pendir Kombinatının bazasında “İmişli Yağ-Pendir” ASC yaradılıb. Müəssisə süd emalı, pendir və kəsmik istehsalı ilə məşğul olub. Bu il iyulun 1-ə cəmi 2 işçisi qalıb.
ASC- nin nizamnamə kapitalı 238 217.6 manat, buraxılan səhmlərinin ümumi sayı 119 109 ədəddir. Adi, sənədsiz adlı səhmlərinin 69.97%-i və ya 83 336 ədədi artıq satılıb. 30,03%-lik hissəsi- 35 773 ədədi bu dəfəki hərracda satılacaq. Bir səhmin qiyməti cəmi 2 manatdır.
Eləcə də bax: Bu müəssisə və obyektlər satılacaq – SİYAHI, QİYMƏTLƏR
Hərraca çıxarılan səhm zərfinin nominal dəyəri (50% güzəştlə) 35 773 manat müəyyən edilib. Onu almaq istəyən hüquqi və fiziki şəxslər həmin mb ləğin 10%-i həcmində, yəni 3577.30 manat məbləğində b eh ödəməli olacaqlar. Həmin məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı
AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı
hesablaşma hesabına (VÖEN:2000015631) köçürməlidir.
Qeyd edək ki, dövlət səhmlərə heç bir məhdudiyyət qoymayıb.
Müəssisənin ümumi torpaq sahəsi 20 608 kv.metr, tikilialtı sahəsi isə 4406.4 kv.metrdir. Ərazidə zavod binası, 3 ədəd köməkçi tikili mövcuddur.
“İmişli Yağ-Pendir” ASC avtomobil qovşağının üstündə yerləşir.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim edən hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Azərbaycan ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.
Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.







