ƏMLAK

Səhmi 2 manata satılan bu ASC hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
29 AVQUST
727

Səhmi 2 manata satılan bu ASC hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-08-29 15:07:00

Bu il sentyabrın 14-də ilk daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr, eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Hərracda 25 səhmdar cəmiyyətin dövlətə məxsus səhmlərinin 30 fazilik hissəsi satılacaq. Onlardan biri  Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, 30 ünvanında yerləşən “Göyçay Bazar” Açıq Səhmdar Cəmiyyətidir.

Müəssisə 1958-ci ildə istifadəyə verilib. 1999-cu ildə Göyçay Xalq Bazarının bazasında “Göyçay Bazar” ASC yaradılıb. Şirkət alqı - satqı, məişət və ictimai iaşə xidməti ilə məşğul olur. Bu il iyulun 1-dək müəssisənin 5 nəfər işçisi olub.

ASC-nin nizamnamə kapitalı 167 120 manat, buraxılmış səhmlərin ümumi sayı  83 560 ədəddir. Onların 69,95%-i və ya 58 447 ədədi artıq satılıb.

Adi, sənədsiz adlı səhmlərin 30,05%-i və ya 25 113 ədədi isə ilk hərracda satışa çıxarılacaq. Bir səhm cəmi 2 manata satılır.

 Həmin səhm zərfinin ilkin satış qiyməti (50% güzəştlə) 25 113 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və  fiziki şəxslər zərfin dəyərinin 10%-i məbləğində, yəni 2 511.30 manat beh ödəməlidirlər. Həmin məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı

hesablaşma hesabına (VÖEN:2000015631) köçürməlidir.

Qeyd edək ki, dövlət həmin səhmlərə hər hansı məhdudiyyət qoymayıb. .

Müəssisənin ümumi torpaq sahəsi 10 476.2 kv.metr, tikilialtı sahəsi isə

7 203.3 kv.metrdir. Buraya 4 ədəd ticarət talvarı, ticarət korpusu, 6 ədəd mağaza, çayxana daxildir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim edən hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Azərbaycan ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək. Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272