ƏMLAK

Bu müəssisə və obyektlər satılacaq – SİYAHI, QİYMƏTLƏR
29 AVQUST
295

Bu müəssisə və obyektlər satılacaq – SİYAHI, QİYMƏTLƏR

2016-08-29 12:33:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edilib. Komitədən fins.az-a verilən xəbərə görə, hərraclarda ümumilikdə 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Onlardan 26-si kiçik dövlət müəssisə və obyektləridir.

Həmin obyektlərin özəlləşdirilməsi ilə bağlı elan edilən hərraca isə Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhəri, Daşkəsən, Qəbələ, Xaçmaz, Qax və Oğuz rayonunda yerləşən 26 əmlak çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr də var.

Eləcə də bax: Bu şirkətlər də satışa çıxarıldı – SİYAHI, QİYMƏTLƏR

Hərraca çıxarılan daşınmaz dövlət əmlaklarının iqtisadi göstəriciləri barədə məlumatlar, mövcud vəziyyətini əks etdirən foto materiallar, yerləşmə mövqelərini göstərən xəritələr privatization.az saytında yerləşdirilib.

Fins.az sentyabrın 27-də hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını və ilkin satış qiymətlərini təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275