ƏMLAK

Bu şirkətlər də satışa çıxarıldı – SİYAHI, QİYMƏTLƏR
29 AVQUST
1055

Bu şirkətlər də satışa çıxarıldı – SİYAHI, QİYMƏTLƏR

2016-08-29 12:03:00

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan edilib. Komitədən fins.az-a verilən xəbərə görə, hərraclarda ümumilikdə 51 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. 

Hərraca çıxarılan əmlaklardan 25-i respublikanın müxtəlif bölgələrində yerləşən açıq səhmdar cəmiyyətləridir. Hərracda onların  səhm paketinin 30-45 faizi satışa çıxarılacaq. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.

Pul hərracı 2016-cı ilin sentyabrın 27-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.  Alıcılar hərraca çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh ödəməlidirlər. Həmin vəsait ƏMDK-nın Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı

hesablaşma hesabına (VÖEN:2000015631) köçürülməlidir. 

Qeyd edək ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

Fins.az hərraca çıxarılan  səhmdar cəmiyyətlərin tam siyahısını və qiymətlərini təqdim edir: 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275