ƏMLAK

Bu ASC–nin səhmləri hərraca çıxarıldı-ÖZƏLLƏŞDİRMƏ
26 AVQUST
492

Bu ASC–nin səhmləri hərraca çıxarıldı-ÖZƏLLƏŞDİRMƏ

2016-08-26 17:42:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət  Komitəsi (ƏMDK)  sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə,  hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.

İş adamlarının, kiçik sahiblarların yeni start verilən böyük özəlləşmə proqramına marağı nəzərə alaraq  fins.az  həmin obyektlər barədə ətraflı məlumatlar yaymaqda davam edir. Onlardan biriGoranboy rayonun, Qızılhacılı kəndində yerləşən “Goranboy Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətidir.

Müəssisə 1956-ci ildə istifadəyə verilib. 1997-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayon təsərrüfat hesablı maddi texniki təchizat və mexanikləşmə İstehsalat Birliyinin  bazasında “Goranboy Aqrotexservis” ASC təsisi edilib. Əsasən, aqrotexniki xidmət sahəsində fəaliyyət göstərir. Bu il iyulun 1-dən müəssisənin cəmi 2 işçisi olub.

ASC-nin nizamnamə kapitalı 453 877.6 manat, buraxılan səhmlərinin sayı isə 226 938 ədəddir. Adi, sənədsiz adlı səhmlərin 158 817 ədədi (69.98%) artıq satılıb. Qalan 30,02%-lik hissəsi və ya 68 121 ədədi  isə sentyabrda satılacaq. 1 səhmin qiyməti cəmi 2 manatdır.

Eləcə də bax: Bu obyekt və mağazalar satışa çıxarılıb – SİYAHI, QİYMƏTLƏR

Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər  səhmlərin

Hərracda  satılacaq səhm zərfinin nominal dəyəri (50% güzəştlə) 68 121 manat müəyyən edilib. İştirak etmək istəyən hüquqi və fiziki şəxslər həmin məbləğin 10 faizlik hissəsini -6 812 manat beh ödəməlidirlər. Məbləğ ƏMKD-nın Mərkəzi Bankdakı  

AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631)  köçürülməlidir.

Bu səhmlərə dövlət hər hansı məhdudiyyət qoymayıb.

“Goranboy Aqrotexservis” ASC ümumi torpaq sahəsi  47 285.8 kv.metr, tikintialtı sahəsi isə 120.2 kv.metrdir. Müəssisə Goranboy-Tərtər yolunun üstündə yerləşir.

Qeyd edək ki,  pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi,11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272