ƏMLAK

Kürdəxanıdakı bu obyekt cəmi 12 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ
26 AVQUST
423

Kürdəxanıdakı bu obyekt cəmi 12 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ

2016-08-26 16:52:00

Xəbər verdiyimiz kimi bu il sentyabrın 14-də Bakıda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Həmin gün hərracda 28 kiçik müəssisə və obyekt satılacaq. İş adamlarının, kiçik sahiblarların yeni start verilən böyük özəlləşmə proqramına marağı nəzərə alaraq  fins.az  həmin obyektlər barədə ətraflı məlumatlar yaymaqda davam edir.

Eləcə də bax: Bu obyekt və mağazalar satışa çıxarılıb – SİYAHI, QİYMƏTLƏR

 

Qeyd edək ki, ilk hərracda satılacaq müəssisəsələrin siyahısına Sabunçudakı obyektlər başçılıq edir. Hərracda bu rayondan 8 obyekt satışa çıxarılacaq.  Onlardan biri  Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 86 ünvanındakı qeyri-yaşayış binasıdır.

1 mərtəbəli tikilinin ümumi sahəsi 168.9 kv.metr,  fay dalı sahəsi isə 87.4 kv.metrdir. Obyektin debitor borcu yoxdur,  cəmi 115 manat kreditor borcu qalıb.

Qeyri-yaşayış sahəsinin  ilkin satış dəyəri 12500 manat müəyyən edilib. . Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər öncədən həmin  məbləğin 10 faizi həcmində, yəni 1 250 manat  beh verməlidirlər. Bu  məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı   

AZ65 NABZ 0136 1150 000 0000 4944 nömrəli

hesablaşma hesabına köçürülməlidir.

Onu da deyək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyalarında keçiriləcək. Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır.

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. ƏMDK tərəfindən təsdiq edilmiş formada sifariş.

3. ƏMDK- nın  müəyyən edilmiş hesabına behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və ƏMDK-nın Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270