ƏMLAK

Mağaza cəmi 13 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ
26 AVQUST
460

Mağaza cəmi 13 min manata satılır – ÖZƏLLƏŞDİRMƏ

2016-08-26 14:06:00

Bu il sentyabrın 14-də və 20-də Bakıda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən fins.az-a verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Özəlləşdiriləcək kiçik müəssisə və obyektlərin sırasında Bakının Binəqi rayonunda  Xocəsən qəsəbəsi, Fərhad Ağazadə küçəsi, 32C ünvanında yerləşən 15 saylı mağaza da var.

Özəlləşdiriləcək obyektin ümumi torpaq sahəsi 112  kv.metr, 1 mərtəbəli tikilidən ibarət olan faydalı sahəsi isə 88.9 kv.metrdir.

Dükanın 418 manat kreditor borcu qalıb. Debitor borcu isə yoxdur. Indi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır.  

Eləcə də bax: Bu obyekt və mağazalar satışa çıxarılıb – SİYAHI, QİYMƏTLƏR

Obyektin ilkin satış qiyməti 13 100 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər həmin qiymətin 10 faizi həcmində, yəni 1 310 manat məbləğində beh ödəməlidirlər. Məbləğ ƏMKD-nın Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 000 0000 4944 saylı

hesablaşma hesabına ödənilməlidir.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir. İştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272