ƏMLAK

Nəsimidəki bu köşk cəmi 29 min manat satılacaq – ƏMLAK HƏRRACI
25 AVQUST
1960

Nəsimidəki bu köşk cəmi 29 min manat satılacaq – ƏMLAK HƏRRACI

2016-08-25 17:53:00

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də Bakıda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən (ƏMDK) fins.az-a verilən məlumata görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq. 

Hərraca çıxarılan obyektlərdən biriBakının  Nəsimi rayonundakı  158 saylı  köşkdür. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 10A ünvanında yerləşən obyektin ilkin satış qiyməti 29 400 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər onun ilkin satış dəyərinin 10 faizi həcmində, yəni 2 940 manat məbləğində beh ödəməlidir. Vəsait ƏMDK-nın Mərkəzi Bankıdakı

AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı

hesablaşma hesabına (VÖEN:2000015631) köçürüləcək.

Köşkün ümumi torpaq sahəsi 25.3 kv.metr, 1 mərtəbəli tikilidən ibarət olan faydalı sahəsi isə 19.7 kv.metrdir.

Müəssisənin heç bir debitor borcu yoxdur. 163 manat  məbləğində kreditor borcu qalıb.

Qeyd edək ki, bu hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyalarında keçiriləcək.  Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:


1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275