ƏMLAK

Bu ASC-nin səhmi cəmi 2 manata hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ
25 AVQUST
704

Bu ASC-nin səhmi cəmi 2 manata hərraca çıxarıldı – ÖZƏLLƏŞDİRMƏ

2016-08-25 17:30:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət  Komitəsi (ƏMDK)  sentyabrın 14-də daşınmaz əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə,  hərracda 25 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılacaq.

Onlardan biri “Cəlilabad Məişət” Açıq Səhmdar Cəmiyyətidir. Cəlilabad şəhəri, də yerləşən müəssisə 1964-cü ildə istifadəyə verilib. 1997-ci ildə “Xidmət” Dövlət Konserninin Cəlilabad rayonu, «Fidan» kiçik müəssisəsinin bazasında “Cəlilabad Məişət” ASC təsis edilib. İndi cəmi 1 nəfər işçisi var.

Əhaliyə məişət xidməti göstərməklə məşğul olan şirkətin nizamnamə kapitalı 410 807.8 manat,  buraxılan səhmlərinin ümumi sayı  205 404 ədəddir. Onların  70  faizi və ya 143 773 ədədi artıq satılıb. Sentyabrda isə  satılacaq səhm zərfinin həcmi 61 631 ədəddir (30%).

ASC-nin  səhmlərinin biri cəmi 2 manata satılır. Hərraca çıxarılan hissə nin nominal dəyəri 123 262 manat müəyyən edilib. Satılan səhm zərfinin ilkin hərrac  qiyməti  (50% güzəştlə) 61 631 manat müəyyən edilib. Pul hərracına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10%-i məbləğində - 6 163.10 manat beh öncədən ödənməlidir. Vəsait  ƏMDK-nın Mərkəzi Bankdakı

AZ65 NABZ 0136 1150 0000 0000 4944 saylı

hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.

Dövlət   müəssisənin səhmlərinə hər hansı məhdudiyyət qoymayıb.

ASC-nin ümumi torpaq sahəsi 8 500.4 kv.metr,     tikintialtı  sahəsi isə 1 442.7 kv.metrdir.  Burada məişət evi və qaraj yerləşir.

“Cəlilabad Məişət” ASC Novoqolovka dəmiryolu stansiyasına  20 km-lik məsafədə yerləşir.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:


-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 


-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 


-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.


Pul hərracı 2016-cı ilin sentyabr ayının 14-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272